Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ağacəkmə iməcliyi keçirildi.
10 may 2016 | 16:00
10 may 2016-cı il tarixdə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ağacəkmə iməcliyi keçirildi.
Rayonun ərazisində təşkil olunan iməclikdə Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri olmaqla 1200 nəfər iştirak etdi.
İməclik çərçivəsində Heydər Əliyev adına parkda və Heydər Əliyev prospektində müxtəlif növ 2000 ədəd dekorativ gül kolları və Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən dolama yolunun ətrafında 6000 ədəd ağac əkildi.