Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin Azərbaycan multikulturalizmində rolu” mövzusunda konfrans və “9 May- Qələbə Günü”nə həsr olunmuş tədbir keçirildi.

07 may 2016 | 16:00

07 may 2016-cı il tarixdə  Heydər Əliyev Mərkəzində Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş    “Heydər  Əliyev  irsinin Azərbaycan multikulturalizmində   rolu”  mövzusunda  konfrans  və  “9 May- Qələbə Günü”nə həsr olunmuş tədbir keçirildi.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Milli Məclisin  deputatı Xanhüseyn Kazımlı, Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının  professoru, tarix  elmləri  doktoru, kulturoloq Fuad  Məmmədov, Azərbaycan  Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının   Dövlət Qulluğu və Kadr siyasəti kafedrasının müəllimi, siyasi elmlər doktoru Mürtəza Həsənov, Azərbaycan  Həmkarlar Konfederasiyasında  departament  müdiri, əməkdar  mədəniyyət  işçisi Namiq  Hüseynov, Bakı  Dövlət  Universitetinin  professoru, üzvi  kimya  kafedrasının  müdiri Namiq  Şixəliyev, əməkdar  incəsənət  xadimi Rafiq  Seyidzadə, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və rayon aktivi  iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qarşıdan gələn “9 may-Qələbə günü” münasibəti konfrans iştirakçılarını  təbrik etdi və bu günün tarixi əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Xalqımızın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqı həm neft, həm də digər təsərrüfat məsulları ilə cəbhəni təchiz edirdi.
Müharibədə Biləsuvar rayonundan da 4 mindən çox adam iştirak etmiş, onlardan 700 nəfəri müxtəlif orden və medallarla təltif olunmuş, 700 nəfər isə müharibədən qayıtmamışdır.
M.Quliyev bildirdi ki, may  ayının  10-u xalqımızın  xilaskar  oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür.  Azərbaycanın dünəni, bu günü, sabahı Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün cəsarətlə  XX  əsri Heydər Əliyev əsri adlandıra bilərik. Çünki bu dövr nadir zəka  sahibinin ölkəmizə rəhbərlik  etdiyi illərdir. 1969-cu ildən başlanmış bu zəfər  yolu nəticəsində Heydər Əliyevin şah əsəri olan Azərbaycan  dövlətinin müstəqilliyi dönməz xarakter almış,  həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin  islahatlar həyata  keçirilmiş, müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev zamanın fövqündə duran  bir insan idi. Müstəqil dövlətimizin dərin  elmi-təcrübi dayaqlara söykənən siyasi, iqtisadi və beynəlxalq əsaslarının yaradıcısı və qurucusu  da məhz Ümummilli liderimiz olmuşdur. Ulu öndərin zərgər dəqiqliyi ilə  işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası  Azərbaycana çox böyük uğurlar, siyasi  və iqtisadi üstünlüklər gətirmişdir. “Əsrin müqaviləsi” çərçivəsində  Bakı-Tbilisi – Ceyhan neft ixrac kəmərinin əfsanədən reallığa çevrilməsi, əslində ölkəmizin  timsalında yeni neft erasının başlanğıcını qoymuşdur. Bu müdrik rəhbərin bizə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün sözün həqiqi mənasında dinamik və hərtərəfli  inkişaf edən bir ölkədir. Ulu öndərin siyasi kursunu yeni dövrə uyğun olaraq  keyfiyyətçə yeni məzmunda uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin  gördüyü işlər ölkəmizin daha da çiçəklənməsinə, xalqın yaşayış  səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarmışdır. Cənab  İlham Əliyevin  dəfələrlə bəyan etdiyi kimi, bu günkü  surətli  yüksəlişin təməlində müdrik Heydər Əliyev siyasəti durur.
Müdrik ulu öndərimiz Heydər Əliyev Azərbaycanın bütün bölgələri kimi, Biləsuvar rayonunun inkişafına da xüsusi qayğı və diqqət göstərirdi. Bu müdrik şəxsiyyətin ölkə rəhbəri  kimi Biləsuvar rayonuna bir neçə dəfə etdiyi tarixi səfərlərin hər biri rayonumuzun sakinlərinin yaddaşında əbədi iz qoymuşdur.  Bu gün respublikamızın inkişaf etmiş rayonlarından biri olan Biləsuvar rayonu abad, yaraşıqlı bir diyara çevrilmişdir.
Qədirbilən  Biləsuvar əhalisi həmişə böyük  Heydər Əliyev şəxsiyyətinə hörmət və məhəbbət bəsləmiş, o böyük dühanın  siyasi xəttinə, ideyalarına hədsiz sədaqət, etimad  göstərmişdir. Biləsuvarlılar  Umummili lider Heydər Əliyevin siyasi kursu ətrafında, bu böyük yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaşayıb yaradır, doğma Biləsuvarı inkişaf etdirirlər.
Bu gün bütün Azərbaycan  xalqı kimi Biləsuvarlılar da möhtərəm Prezidentimiz cənab İlham Əliyevi ölkəmizdə baş verən tərəqqinin, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir, Ölkə Prezidenti ətrafında sıx birlik nümayiş etdirirlər.
Müasir Azərbaycan dövlətçiliyini bizə miras qoymuş Ulu Öndər Heydər Əliyev həm də xalqımızın ənənələrə arxalanan mənəvi dəyərləinin inkişafında əvəzsiz tarixi xidmətlər göstərmişdir. Bu mənəvi dəyərlər sırasında dini dözümlülük və mültikulturalizm xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin zəngin xəzinə olan bütün irsi xalqımızın mənəvi  əxlaqı dəyərləri ilə sıx bağlı olmuşdur.
Bu gün multikulturalizm  ölkəmizdə yaşayan ayrı-ayrı xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Multikulturalizm Azərbaycanda artıq  dövlət  siyasəti səviyyəsinə  yüksəlmişdir və hazırda  dünya dövlətləri  Azərbaycanın  bu siyasətini  dəstəkləyir və təqdir edir. Məhz aparılan bu düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla üzləşməyiblər. Ölkəmizdə  multikultural dəyərlərə  söykənərək formalaşan bir mədəniyyətimiz vardır. Bizim Azərbaycanda  yaşayan millətlərlə ortaq mədəni dəyərlərimiz var. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə  2016-cı il Azərbaycanda “Multikulturalizm  ili”  elan olunmuşdur. Ölkəmiz dünya  xalqlarına  öz multikultural mədəni nailliyətlətimizlə əsl nümunə  göstərir. Cənab Prezidentin təşəbbüsü ilə  iki ildən  bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlətarası Dialoq forumları, Humanitar  forumlar bunun canlı nümunəsidir. Bu tədbirlər  artıq  Azərbaycanı  dünyaya multikultural mədəniyyətə malik, tolerant ölkə kimi tanıdıb  və Azərbaycanın beynəlxalq  nüfuzuna əsaslı şəkildə müsbət  təsir göstərir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Xanhüseyn Kazımlı  Ulu  Öndərin  hakimiyyətə  gəlişi  və  siyasi  fəaliyyəti,  Azərbaycanın  o  dövrkü  taleyüklü  problemlərin  həllində  Ulu  Öndərin  uzaqgörən  və  müdrikl  siyasəti  haqqında ətraflı danışdı. Daha sonra Azərbaycanda Multikulturalizm ənənlərinin yaradılmasında Ulu Öndərin gördüyü işləri qeyd etdi
Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının  professoru, tarix  elmləri  doktoru, kulturoloq Fuad  Məmmədov, siyasi elmlər doktoru Mürtəza Həsənov, Bakı  Dövlət  Universitetinin  professoru, üzvi  kimya  kafedrasının  müdiri Namiq  Şixəliyev və başqaları çıxışalrında Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən danışdılar. Natiqlər 1990-cı  illərin əvvəllərindən  başlayaraq Ulu  Öndərin  ilk  dəfə müstəqil  Azərbaycan  Respublikasına  rəhbərlik  etdiyi  dövrdən  siyasi  fəalliyyət  sferasını  geniş  şəkildə  analiz  edərək, Azərbaycan Respublikasının  dünya  dövlətləri  ilə  əməkdaşlığında  Ulu  Öndərin  xüsusi  xidmətləri  olduğunu  qeyd  etdilər.Azərbaycanda tolerantlıq ənənələri formalaşmasında Heydər Əliyevin apardığı müdrik siyasətdən və gördüyü işlərdən  danışdılar.

Keçidlər