Biləsuvarda pambıqçılığın inkişafı istiqamətində görülən işlərin vəziyyəti ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın növbəti iclası keçirildi.
04 may 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən Şura iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişafına dair tapşırıqlarının Biləsuvar rayonunda icrasının vəiziyyəti ilə bağlı məsələ müzakirə olundu.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov, Administrasiyanın məsul işçisi Habil Əzənmədov, Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Aqrolizinq ASC sədr Elşən Məmmədov, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, “MKT İstehsalat Kommersiya” MMC sədri Bəhruz Camalov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri, iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev şura iclasında çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir.Qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə işlər davam etdirilir.Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi sahəsində bugünədək xeyli işlər görülmüş, rayonda fəaliyyət göstərən “CTS-Aqro” MMC 1703 hektar sahədə pambiq əkini üçün 225 mülkiyyətçi ilə, “MKT-İK” MMC isə 2700 hektar sahədə pambıq əkini üçün 371 mülkiyyətçi ilə müqavilələr bağlamışdır. “CTS-Aqro” MMC-nin təcrübə-sınaq təsərrüfatı isə 1405 hektar sahədə yüksək repreduksiyalı pambıq toxumunun əkini üçün hazılıq işlərinə başlamışdır.
Rayonun ayrı-ayrı kəndlərində mülkiyyətçilərlə 6000 hektar sahədə pambıq əkini aparmaq və 15000 ton pambıq istehsal etmək nəzərdə tutulmuşdur. Hal-hazırda 6040 hektar sahədə mülkiyyətçilərlə müqavilələr bağlanmışdır. 5116 hektar sahədə şum işləri aparılmışdır və bundan 3299 hektar sahədə çiyid səpini aparılmışdır,557 hektar sahədə çıxış alınmışdır.
Pambıqçılıq sahəsinin inkişafı əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaqdır. Hazırda bu sahədə 515 nəfər işlə təmin olunmuşdur.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq respublikamızın bütün bölgələrində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı artıq işlərə başlanılmışdır.Bu gün Biləsuvar rayonunda da əkilən sahələrə baxış zamanı bir daha bunu müşahidə etdik.Biləsuvar rayonunda pambıqçılığın inkişafı ilə bağlı hərtərəfli şərait vardır.A.Əmiraslanov bu sahədə yaranan hər hansı problemlərlə bağlı mülkiyyətçilərin problemlərini dinlədi və aidiyyəti təşkilatların nümayəndələrinə bu problemlərin qısa vaxt ərzində həll edilməsi ilə bağlı tapşırıqlarını verdi.
İclasın gedişi zamanı mülkiyyətçilər tərəfindən qaldırılan şor kollektorlarının təmizlənməsi, torpaqlarda melorasiya işlərinin aparılması, istifadəsiz torpaqları suvarmaq üçün su kanallarının çəkilməsi, torpaqların suvarma suyu ilə təminatın yaxşılaşdırılması, gübrə təminatının yaxşılaşdırılması,becərmə texnikalarının sayının artırılması ilə bağlı məsələlər ümumləşdirilərək icrası istiqamətində təcili tədbirlər görüləcəyi bildirildi.