Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi

13 noyabr 2012 | 16:00

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev açaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun tarixindən danışdı.
Bildirdi ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Əsas Qanununu - milli Konstitusiyasını qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Konstitusiyasının qəbulu tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu Öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, Əsas Qanunumuzun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunması üçün çox gərgin əmək sərf etmişdir. Konstitusiyamızda müstəqil Azərbaycanın inkişafının əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində gərgin iş apamaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycanın Avropa Şurasına tam hüquqlu, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə xüsusi diqqətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və dünyada mövqelərini daha da möhkəmlədəcəkdir.
Tədbirdə çıxış edənlər Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən daşıdılar.
 

Keçidlər