Biləsuvar rayonunda “Azərbaycan Multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfrans keçirildi.
03 may 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin və YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Azərbaycan Multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfrans keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Dini Qurumlar üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və rayon gəncləri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncam bir daha göstərir ki, Azərbaycan bugün dünyanın dini və irqi çaxnaşmalar, müharibələrlə çalxalandığı bir dövrdə bərabər hüquqlarla birgə yaşam diyarına çevrilə bilib. Cənab Prezidentın ifadəsi ilə desək, Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir.İndi dünyanın digər ölkələrində də bu dəyərlər təbliğ olunur. Amma Azərbaycan nümunəsi bu sırada ən önəmli yerlərdən birini tutur.
M.Quliyev bildirdi ki, Multikulturalizm ölkədə yaşayan ayrı-ayrı xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir.Multikultralizm Azərbaycanda bu gün dövlət siyasəti səviyyəsinə yüksəlmişdir və hazırda dünya dövlətləri Azərbaycanın bu siyasətini dəstəkləyir və təqdir edir.Məhz aparılan bu düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla üzləşməyiblər. Ölkəmizdə multikultural dəyərlərə söykənərək formalaşan bir mədəniyyətimiz vardır. Bizim Azərbaycanda yaşayan millətlərlə ortaq mədəni dəyərlərimiz var. Bunu yaradanlar bu millərlərin sənətçiləri- bəstəkarları, rəssamları, kino xadimləri və başqalarıdır.
M.Quliyev bildirdi ki, ölkəmiz dünya xalqlarına öz multikultural mədəni nailliyətlətimizlə əsl nümunə göstərir. Cənab Prezidentin təşəbbüsü ilə iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlətarası Dialoq forumları, Humanitar forumlar bunun canlı nümunəsidir. Bu tədbirlər artıq Azərbaycanı dünyaya multikultural mədəniyyətə malik, tolerant ölkə kimi tanıdıb və Azərbaycanın beynəlxalq nüfuzuna əsaslı şəkildə müsbət təsir göstərir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir.
M.Quliyev rayonda multikultralizmin təbliği və bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.
Sonra Dini Qurumlar üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirdilər ki, multikultralizm artıq Azərbaycanın dövlət siyasətində prioritet istiqamətə çevrilmişdir. Müstəqil Azərbaycan dövləti ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik şəraitinin dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür. Cənab Prezidentin təşəbbüsü ilə multikulturalizmlə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Yeni yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı.Bildirildi ki,multikulturalizm tolerantlığın təcəssümüdür və onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Tədbirin sonunda “Fitnə” filmi nümayiş edildi.