Biləsuvarda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
27 aprel 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti və YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova və Qadınlar Şurası İdarə Heyətinin üzvləri, rayonun ziyalı qadınları iştirak etdilər.
Anım tədbirində YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova çıxış edərək akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi.L.Yüzbaşova bildirdi ki, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı Azərbaycan tarixinin şərəfli səhifələrini əhatə edir.Ömrü bir xatirəyə çevrilmiş görkəmli akademiki insanlara sevdirən bir çox amillər var ki, ən əsası onun təmənnsız insan olması idi. Hələ sovet ideologiyasının sərt qanunlarının mövcud olduğu xalqına, millətinə şərəflə, vicdanla xidmət edirdi. O alim kimi elmə verdiyi töhfələri, səmimiliyi, vətəndaşlıq mövqeyi ilə hər zaman insanların qəlbində əbədi yaşamağa layiqdir.
Tədbirdə Rayon Qadınlar Şurasının sədri Xalidə Ağayeva, Əlil Qadınlar Cəmiyyətinin sədri Firəngiz Həbibova, Mərkəzi Xəstəxananın həkimi Alimə Kazımova, YAP rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev və digər rayon ziyalıları çıxış edərək Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə Oftolmologiya elmində misilsiz xidməti olduqunu bildirdilər.
Tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.