Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Erkən nigah: Səbəb və ağır nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

20 aprel 2016 | 16:00

2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Erkən nigah: Səbəb və ağır nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin , rayonun Təhsil, Səhiyyə şöbələrinin məsul işçiləri, yeniyetmə  və gənclər  iştirak etdilər.  
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək rayonda nikah, boşanma, erkən nigah halları ilə bağlı statistik göstəricilər haqqında  iştirakçılara ətraflı məlumat verdikdən sonra,  rayonumuzda  erkən nigah hallarının qarşısının alınması məqsədilə aparılan işlərdən, mütəmadi olaraq həyata keçirilən müxtəlif tədbirlərdən bəhs etmiş, bütün aidiyyəti dövlət qurumlarının erkən nigah hallarına qarşı birgə fəaliyyətinin önəmini bir daha vurğulamışdır.
Tədbirdə  rayon İcra Hakimiyyətinin Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Kamil Qurbanlı, Təhsil şöbəsinin nümayəndəsi Ağamməd Caniyev, Mərkəzi xəstəxananın həkimi Lalə Mirzəyeva öz çıxışlarında erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açmış, valideynləri məlumatlı olmağa bu istiqamətdə maariflənməyə səsləmişlər.
Tədbirdə  Bu sahə üzrə güclü təbliğat işinin aparılması, maarifləndirmə tədbirlərinin mütəmadi olaraq  keçirilməsinin vacibliyi vurğulandı, aidiyyatı strukturların imkan və qüvvəsindən lazımınca istifadə olunmağı diqqətə çatdırıldı.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı, müzakirə olunan mövzu ilə əlaqədar “Erkən nigah” adlı film  nümayiş etdirildi.

Keçidlər