Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Milli Qəhramanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirildi.

14 aprel 2016 | 16:00

2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Milli Qəhramanlarımızı tanıyaq və tanıdaq”  mövzusunda gənclərlə maarifləndirmə tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın müdafiəsi zamanı həlak olmuş milli qəhramanlarımızın və şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək “Milli Qəhramanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbirlərin keçirilməsində əsas məqsədin Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhramanlarının gənc nəslə tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhramanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumat verməkdən ibarət olduğunu bildirdi.
Bildirildi ki, hazırda Azərbaycanın 211 Milli Qəhrəmanı var və onlardan yalnız 17 nəfəri sağdır. Bildiyiniz kimi Biləsuvar rayonundan da adını öz qanı və canı ilə qəhrəmanlar sırasına yazmış qəhrəmanımız var. Mübariz İbrahimovla biz hamımız fəxr edirik. Biz qəhrəmanlarımızı tanımalı,  onlar haqqında məlumatları gələcək nəsillərə ötürməliyik. Əminik ki, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında gənclərimiz sona qədər mübarizə aparacaqlar. Onlar hər an Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrini gözləyirlər.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətindən danışdı. Bildirdi ki, Biləsuvar gənclərində vətənpərvərlik hissi həmişə yüksək olmuşdur. Bu bizi qürurlandırır. 
Sonda “Milli Qəhramanlarımız” adlı  tanıtım çarxı nümayiş etdirildi.

Keçidlər