Biləsuvar ictimaiyyəti şəhid çavuş Ruhim Qəhrəmanovun hüzür mərasimində iştirak etdilər.
02 aprel 2016-cı il tarixdə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan hərbçimiz, 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı Ruhim Əşrəf oğlu Qəhrəmanov 3 aprel tarixində ailəsinin məskunlaşdığı Biləsuvar rayonu ərazisdində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 2 saylı qəsəbə qəbristanlığında dəfn edildi.
Bu gün şəhid çavuşun vəfatının üç mərasiminə Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri də qatıldılar. Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar rayon icra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev mərasimdə şəhidin doğmalarına başsaglığı verərək, əziz xatirəsinin daima yaşayacağını bildirdi.Qeyd olundu ki, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə ordumuz tezliklə torpaqlarımızın azad edəcək və şəhid olan hər bir azərbaycan əsgərinin qisası alınacaqdır.