Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Dövlət Bayrağı günü qeyd edilmişdir

10 noyabr 2012 | 16:00

07 noyabr 2012-ci il tarixdə rayonda Dövlət Bayrağı günü münasibəsilə keçirilən tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışdı. O, bildirdi ki, ölkəmizin mütəqilliyinin bərpasından sonra ilk dəfə 1990-cı il, 17 noyabrda Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu bayraq Naxçıvan MR-ın dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-dən isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Dövlət başçısı ölkəmizin milli dövlət rəmzlərini uca tutaraq, 2010-cu il sentyabrın 1-də memorial abidə-istirahət parkının təntənəli açılış mərasimində iştirak etmiş və dünyanın ən uca üçrəngli bayrağını dalğalandırmışdır. Bu, Prezidentimizin dövlət rəmzlərinə verdiyi dəyərin bariz nümunəsidir. O,qeyd etdi ki, möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq və üçrəngli bayrağımız işğal altındakı torpaqlarımızda da dalğalanacaqdır.

Keçidlər