Biləsuvar rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirildi.
30 mart 2016-cı il tarixdə Biləsuvar rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı, rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, din xadimləri, ağsaqqallar və icra nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.Ümummili lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunmuş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunmasında mühüm tədbirlər həyat keçirilmişdir. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə əqidə azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Aydındır ki, Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqinda” və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbayca Respublikasının qanunları ilə ölkəmizdə dini etiqad azadlığı, eləcədə dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizə tam təmin olunub. Ən mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız imkan verir ki, ölkəmizdə istənilən vətəndaş öz arzusu ilə istədiyi dinə sitayiş etsin. Lakin bu o demək deyil ki, xarici dövlətlərin dini misioner təşkilatları ölkəmizdə istənilən təbliğatı qura və din pərdəsi adı altında küllü miqdar da pul vəsaiti xərc etməklə, maddi baxımdan az təminatlı insanları əla alaraq, dövrü mətbuata və ayrı-ayrı informasiya kanallarına qeyri obyektiv məlumatlar ötürməklə, bu kimi digər mürtəce niyyətli əməllərlə təmsil etdikləri dövlətlərin maraqlarını həyat keçirə bilərlər. Bu və buna bənzər faktlar Azərbaycan respublikasının milli və siyasi maraqlarına ziddir və belə halların qarşısı mütləq və qətiyyətlə alınmalıdır. Həm də unutmamalıyıq ki, hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək zidiyyətləri əvvəlcədən görmək və onun qarşısını almaqdır. Bu baxımdan dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir.
Rayonumuzda da həmişə dini baxımdan sabitlik hökm sürmüş, xalqımıza xas olan tolerantlıq ənənələri qorunub saxlanılmışdır. Bu gün Biləsuvar rayonunda 44 məscid mövcuddur.Rəsmi dövlət qeydiyyatından keçmiş 11 dini icma fəaliyyət göstərir. Bir dini icmanın sənədləri qeydiyyata alınmaqdan ötrü müvafiq dövlət strukturuna təqdim edilmişdir.
Təssüflə qeyd olunmalıdır ki, son zamanlar ölkəmizdəki tolerantlıqdan narahat olan qeyri ənənəvi dini cərəyanların nümayəndələri müxtəlif vasitələrlə radikal dini fəaliyyətlə məşğul olmağa cəhd edirlər.Bu kimi niyyətləri dövlətimiz və respublika ictimayyəti daim dəf edib. Baxmayaraq ki, öz polietnik tərkibinin zənginliyinə görə respublikamız nadir ölkələrdəndir və bunlar nəzərə alınaraq hadisə və proseslərin dövlət səviyyəsində tənzimlənməsinə nəzarət mexanizmi yaradılmışdır. Bu mexanizm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən idarə olunur. Odurki, dini təbliğat adı ilə pərdələnərərk öz maraqlarını ideoloji müstəvidə gerçəkləşdirməyə çalışan qüvvələrə qarşı ən kəsərli mübarizə silahı milli dəyərlərin qorunması və eləcədə bu sahədə Azərbaycan Respublikası adından həyat keçirilən tədbirlərin dəstəklənməsidir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verdi. S.Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırdı.
Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizi yad ünsürlərdən qorumanın yolları, son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir mübadiləsi apardılar.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.