Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun məktəbəqədər tərbiyə müəssisələrində “Novruz uşaqların gözü ilə” layihəsi çərçivəsində tədbirlər keçirilir.

17 mart 2016 | 16:00

17 mart 2016-cı il tarixdə Biləsuvar  rayonunun uşaq bağçalarında “Novruz uşaqların gözü ilə” layihəsi çərçivəsində şəhər 3 saylı uşaq bağçasında  bayram tədbiri keçirildi.
Tədbirdə rayon  İcra  Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, məktəbəqədər  tərbiyə  müəssisələrinin rəhbərləri, bağçanın kollektivi və  valideynlər  iştirak  etdilər.
Tədbiri giriş sözü ilə Şəhər 2 saylı uşaq bağçanın müdiri Elminaz Miriyeva açaraq uşaq tərbiyə müəssisəsi barədə ətraflı məlumat verdi.
Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova Novruz bayramı münasibətilə bağçanın kollektivini təbrik etdi və xoş arzularını bildirdi.X.Qəmbərova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə göstərilən xüsusi qayğının nəticəsidir ki, bu gün rayonumuzda  ən müasir tələblərə cavab verən bağçalar tikilərək istifadəyə verilmişdir.Bu bağça binası da Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilib uşaqların istifadəsinə verilmişdir.Burada butun şərait yaradılmışdır.Hazırda Xırmandalı kəndində yeni bağça binasının tikintisi aparılır.Aparılan bütün bu işlər rayon rəhbərliyinin gələcək nəsillərə  olan diqqətinin nəticəsidir.Bu gün ölkə rəhbərinin həyata keçirdiyi bu siyasətə uyğun olaraq bizim tərbiyə müəssisələrinin kollektivlərinin də üzərlərinə mühüm vəzifələr düşür.Onlar hər bir uşağın sabahın yetkin və sağlan bir vətəndaşı kimi yetişmələri üçün əzmlə çalışmalıdırlar.
Sonra X.Qəmbərova bayram  münasibətilə bağça kollektivini və balacaları bir daha təbrik etdi.
Tədbirdə uşaqlar tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.

Keçidlər