Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

08 noyabr 2012 | 16:00

Yuxarı Ağalı kəndi rayonun cənub hissəsində yerləşir, İran İslam Respublikası ilə, rayonun Muğan kəndi, Ağalıkənd və Əsgərabad kəndləri ilə sərhədir Kənddə 168 təsərrüfat, 807 nəfər əhali yaşayır.Kənddə 1 ümumi orta məktəb, 1 həkim ambulatoriyası, 1 klub, 1 baytarlıq məntəqəsi,1 kitabxana fəaliyyət göstərir.
Noyabrın 7-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Ağalı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri M.Fətəliyev, E.Əcəmov və başqaları çıxış edərək rayonda o cümlədən Yuxar Ağalı kəndində aparılan abadlıq quruculuq işlərində danışdılar.Ölkə prezidenti cənab İlham Əliyevə rayonumuza göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Bu gün Yuxarı Ağalı kəndi fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Vətəndaşların hər bir tələb və müraciəti dərhal nəzarətə götürülür, icrası barədə aidiyyəti üzrə tapşırıq verilir.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı.Öləkə Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində rayonda aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri davam etdirilir.Rayonun bütün kəndlərində olduğu kimi Yuxarı Ağalı kəndində də abadlıq işləri dava etdirilir.Kənd Biləsuvar-İran İslam Respublikası sərhəddi magistral avtomobil yolunun üzərində yerləşdiyindən kəndin mərkəzi yolu asfaltlaşdırılmışdır.Bundan başqa kənddaxili yollar təmir edilmiş, Bolharı çayı üzərində 46 m uzunluğunda piyada keçid körpüsü quraşdırılmış, kənd caamatının istrahəti üçün 1 hekter ərazidə park salımış və elektrik təsərrüfatında cari təmir işləri aparılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar hazırda rayonun bütün kəndlərinə qaz xətlərinin çəkilişi aparılır və yaxın vaxtlarda Yuxarı Ağalı kəndinə də təbii qaz xətləri çəkiləcəkdir. Bütün bu görülən işlər əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxar Ağalı kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tapşırıqlarını və tövsiyə verdi.
 

Keçidlər