“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda növbəti ümumrayon ağacəkmə aksiyası keçirildi.
12 mart 2016 | 16:00
12 mart 2016-cı il tarixdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda növbəti ümumrayon ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin kollektivləri və sakinlər olmaqla 1500 nəfər iştirak etdi.
Aksiya çərçivəsində rayonda yeni inşa olunmuş Əsgərabad-Muğan-Çaylı avtomobil yolu kənarlarında 3000 ədəd çinar, küknar, şam və digər ağaclar əkildi, əraziyə gübrələr verildi və ağaclar suvarıldı.
Ağacəkmə kompaniyası davam edəcəkdir.