Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 8 mart- Beynəlxalq Qadınlar Bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.

07 mart 2016 | 16:00

07 mart 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər..Rayonumuzda da qadınlarımız bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər.M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı..
Çıxış edənlər bayram münasibətilə qadınlarımızı təbrik etdilər və onlara şəxsi həyatlarında və  işlərində müvəfəqiyyətlər arzuladılar.

 

 

Keçidlər