Biləsuvar rayonunda bədən tərbiyəsi və idman günü münasibətilə tədbirlər keçirildi.
05 mart 2016-cı il tarixdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 5 Mart-Bədən tərbiyəsi və idman günü münasibətilə rayonun tanınmış idmançıları ilə görüş keçirildi.
Görüşdə rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Mirzə Cəfərov, Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov, Kikboksinq Federasiyasının yeiyetmələr üzrə baş məşqçisi, 5 qat Dünya Çempionu, Peşəkarlar arasında Avropa Kəmərinin sahibi, Əməkdar İdman ustası, Əməkdar məşqçi, Prezident mükafatçısı Ehram Məcidov, rayon idmançıları, ümumtəhsil məktəblərinin bədən tərbiyə müəllimləri və gənclər iştirak etdi.
Tədbirdə giriş sözü ilə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edərək bildirdi ki, 5 mart Bədən Tərbiyəsi və İdman günü cənab Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. Elə bunun nəticəsidir ki, rayonumuzun idmançıları arasında Respublika və Beynəlxalq yarışların çempionlarının sayı hər il artmaqdadır.
Tədbirdə Mirzə Cəfərov, Əlisafa Qəmbərov, Ehram Məcidov çıxış edərək idmançıları təbrik etdilər və qeyd olundu ki, çox sevindirici haldır ki, son illər rayonumuzun onlarla idmançısı Respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış etmiş, Respublika idmanının inkişafına öz töhfələrini verə bilmişlər.
Bildirildi ki, ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıya cavab olaraq bundan sonra da daha böyük uğurlara, qələbələrə imza atacaqlar
Tədbirin sonunda idmanda yüksək nəticələr əldə etmiş idmançılara, keçirilən idman yarışlarında fəallıq göstərmiş məktəb kollektivlərinə Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edildi.