Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətində Xüsusi qərargahın növbəti iclası keçirildi.

04 mart 2016 | 16:00

4 mart 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində  rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış   Xüsusi qərargahın iclası keçirildi.
İclasda rayon İcra Hakimiyyətinin başçısı, qərargahın sədri Mahir Quliyev, qərargah üzvləri, aidiyyəti müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rayon sahibkarları iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iclasda çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sahibkarların  problemlərinin həlli və təkliflərinin dəyərləndirilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı göstərilən   hərtərəfli köməkliklərin tərkib hissəsi olaraq rayonumuzda da bu sahədə ciddi addımlar atılır.Qərargahın bütün iclaslarında  rayon sahibkarlarının problemləri dinlənilərək onlara əlavə iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq köməkliklər olunur. Dövlət başçısının ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq  bu ilin  yanvar-fevral ayları  ərzində rayonda fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrində ayrı-ayrı sahələr üzrə 400-ə   yaxın əlavə iş yerləri açılmış, rayon sakinləri işlə təmin olunmuşlar.
Son illərdə rayonumuzda kənd təsərrüfatı təyinatlı bir necə istehsal və emal müəsissələri yaradılmışdır ki bunlardan da “Azərsun” Holdinqin “Natural Green Land” konservi zavodu,”Biləsuvar Aqro” MMC süd zavodu, “Aqromaster” MMC kənd təsətrrüfatım məhsulları istehsalı, “MMK” narçılıq təsərrüfatı və s göstərmək olar. Bundan əlavə rayonda  yeni sənaye məhəlləsinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılmış və yaradılacaq sənaye müəssisələri barədə sahibkarların təklifləri alınaraq  İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə  emal sexlərinin,  zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulmuşdur.Heç şübhəsiz  bu tədbirlərin reallaşması nəticəsində  rayonumuzun iqtisadi-sənaye potensialı daha da güclənəcək,  rayon sakinlərinin məşğulluq probleminin  həllində əhəmiyyətli rol oynayacaqdır.
Bundan əlavə qərargahın  iclaslarında sahibkarlar tərəfindən 50 hektar sahədə kompleks heyvandarlıq təsərrüfatının yaradılması, pambıq əkinlərinin genişləndirilməsi, 100 nəfərlik 3 ulduzlu otel tikintisini, çörəkbişirmə sexlərinin genişləndirilməsini,  kollektiv təsərrüfatlarının   yaradılması, yerüstü drenaj sisteminin qurulması, 1000 başlıq qoyunçuluq fermasının yaradılması, bəzi kənd təsərrüfatı texnikalarının alınmasına köməklik olunması, güzəştli şərtlərlə satılan gübrə və dərman preparatlarının normasının artırılması, rayonda çəltikçilik sahəsinin yaradılması  kimi təkliflər vermişdir.
Görüşdə sahibkarlarla birgə bu təkliflərin icrası prosesi barədə fikir mübadiləsi aparıldı, konkret olaraq görülən işlər  və görülməsi planlaşdırılan işlər müzakirə olundu.Bildirildi ki, sahibkarlar gördükləri hər bir işdə dövlətin bütün dəstək və köməkliklərindən yararlanacaqlar.

Keçidlər