Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gənclər Birliyi Biləsuvar rayon Təşkilatının üzvləri Xocalı Soyqırımı qurbanlarının xatirəsini andılar.

26 fevral 2016 | 16:00

YAP Gənclər Birliyi Biləsuvar rayon Təşkilatı 26 fevral 2016-cı il tarixdə  Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə “Dəyirmi masa” və flaşmob təşkil ediblər.
Tədbirdən əvvəl soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra YAP Gənclər Birliyi Biləsuvar rayon Təşkilatının sədri Aqşin Bağırov 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində baş vermiş soyqırım haqqında geniş məlumat verdi. Bildirdi ki,   1992-ci ili fevral ayının  26-da Azərbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərindən birini - Xocalı faciəsini qeyd edir. 1992-ci il fevralın 25-den 26-na keçən gecə erməni separatistləri  366-cı motoatıcı alayın hərbi texnikasının iştiraki ilə  Xocalı şəhərini işğal etdilər. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Xocali soyqırımını günahkarları, təşkilatçiları və icraçıları layiqli cəzalarina catmalıdırlar.Cinayət cəzasız qala bilməz.Xocalı faciəsi bəşər övladına qarşı törədilmiş genosid ve etnik təmizləmə hadisələri icərisində ən dəhşətlilərdən olmuşdur.Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. 
Sonra “Məhv olmuş şəhər” adlı film nümayiş etdirildi, üzvlər tərəfindən “Erməni terroru”, “Xocalıya ədalət” flaşmobu təşkil olundu.

Keçidlər