Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini silsilə tədbirlərlə yad etdilər

26 fevral 2016 | 16:00

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24-26 fevral 2016-cı il tarixlərdə   Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.
          Xocalı soyqırımı barədə gənclərin məlumatlandırılması, soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə keçirilən “Xocalı faciəsi gənclərin gözü ilə” inşa yazı müsabiqəsində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində baş vermiş soyqırım haqqında geniş məlumat verdi. Bildirdi ki,  erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində  Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. İnşa yazı müsabiqəsində 20 gənc iştirak etdi.
          Silsilə tədbirlərin davamı olaraq məktəblərdə fəaliyyət göstərən Şagird Gənclər Təçkilatları ilə  “ Dəyirmi masa”  keçirildi, “ Məhv olmuş şəhər” adlı qısametrajlı film nümayiş etdirildi.
          Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tir atıcılığı üzrə rayon birinciliyində   22 ümumtəhsil məktəbdən 64 şağird sərrast atıcılıq qabiliyyətlərini nümayiş etdirdilər.
           Soyqırım günündə isə Heydər Əliyev Parkında açıq havada   Xocalı faciəsini əks etdirən rəsm  sərgisi, “Xocalıya ədalət”, “ Erməni terroru” adlı flaşmob keçirildi,  rejissor Vahid Mustafayevin çəkdiyi “ Xoca” filmi nümayiş olundu.

Keçidlər