Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir
Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışaraq qeyd etdi ki, 1992-ci il 21 noyabr tarixində ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradıldı və tarixi bir missiyanı yerinə yetirərək Azərbaycanı o dövürki ağır vəziyyətdən xilas etdi.Yeni Azərbaycan Partiyası Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində respublikamızın möhkəmləndirilməsi, demokratik və mənəvi dəyərlərin yaşadılması, sosial-iqtisadi, siyasi və ordu quruculuğu sahələrində müqayisə olunmaz inkişafa imza atdı.Hazırda respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik ənənələri göz bəbəyi kimi qorunur və daha da inkişaf etdirilərək yeni-yeni uğurlara nail olunur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictima-siyasi həyatındakı və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolunu qeyd etdi.Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında danışdı.
Tədbirdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Kərim Kərimov, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının idarə heyətinin üzvü X.Abıyeva və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən, qazanılan uğurlarda partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışdılar.
Tədbirin sonunda partya fəallarına fəxri fərmanlar verildi və bir qrup gənc Yeni Azərbaycan Partiyası sıralarına qəbul edildi.