Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi qərargahın növbəti iclası keçirildi.

19 fevral 2016 | 16:00

19 fevral 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində  rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış   Xüsusi qərargahın iclası keçirildi.
İclasda rayon İcra Hakimiyyətinin başçısı, qərargahın sədri Mahir Quliyev, qərargah üzvləri, aidiyyəti müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rayon sahibkarları iştirak etdi.
İclasda çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sahibkarların  problemlərinin həlli və təkliflərinin dəyərləndirilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı göstərilən   hərtərəfli köməkliklərin tərkib hissəsi olaraq rayonumuzda da bu sahədə ciddi addımlar atılır.Qərargahın bütün iclaslarında  rayon sahibkarlarının problemləri dinlənilərək onlara əlavə iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq köməkliklər olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq  bu ilin  yanvar-fevral ayları  ərzində ayrı-ayrı sahələr üzrə 400-ə   yaxın əlavə iş yerləri açılmış, rayon sakinləri işlə təmin olunmuşlar
Bunda əlavə rayonda  yeni sənaye məhəlləsinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılmış və yaradılacaq sənaye müəssisələri barədə sahibkarların təklifləri alınaraq  İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə  emal sexlərinin,  zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulmuşdur.Heç şübhəsiz  bu tədbirlərin reallaşması nəticəsində  rayonumuzun iqtisadi-sənaye potensialı daha da güclənəcək,  rayon sakinlərinin məşğulluq probleminin  həllində əhəmiyyətli rol oynayacaqdır.
Bildirildi ki, son illərdə rayonumuzda kənd təsərrüfatı təyinatlı bir necə istehsal və emal müəsissələri yaradılmışdır.Bunlardan “Azərsun” Holdinqin “Natural Green Land” konservi zavodu,”Biləsuvar Aqro” MMC süd zavodu, “Aqromaster” MMC kənd təsətrrüfatım məhsulları istehsalı, “MMK” narçılıq təsərrüfatı və s göstərmək olar.Bu müəssissələrin rəhbələri çalışmalıdırlar  ki, istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradaılması məqsədi ilə müvafiq təkliflər hazırlayıb qərərgaha təqdim etsinlər.
        10 fevral 2016-cı il tarixdə qərargahın ikinci iclasında  rayonda sahibkarlığın inkişaf etdirilməsi prespektivləri araşdırılarkən sahibkarlar tərəfindən dəstəklənən  50 hektar sahədə kompleks heyvandarlıq təsərrüfatının yaradılması, 100 nəfərlik 3 ulduzlu otelin tikintisini, çörəkbişirmə sexlərinin genişləndirilməsi,  kollektiv təsərrüfatların   yaradılması ilə bağlı verilən təkliflərin icra vəziyyəti müzakirə olundu.  Bu tədbirlərin reallaşması nəticəsində rayonumuzun iqtisadi və sənaye potensialı daha da güclənəcək, əlavə iş yerləri yaradılacaqdır.Rayonda sahibkarlığın inkişaf etdirilməsi zamanı hər bir sahibkar daima dövlətin dəstəyini hiss edəcəkdir.Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  rayonun 104 sahibkarına  1.2 milyon  manat kredit verilmişdir.Bu ildə sahibkarlara dövlətin ciddi maliyyə dəstəyi olacaqdır.Lakin hər bir sahibkar da yeni sərmayələr axtarışında olmalıdır.
      Görüşdə iştirak edən sahibkarlar rayonda sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması məqsədilə görəcəkləri işləri müzakirə etdilər.

Keçidlər