Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış Xüsusi qərargahın iclası keçirildi.

04 fevral 2016 | 16:00

03 fevral 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində  rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı yaradılmış   Xüsusi qərargahın iclası keçirildi.
İclasda rayon İcra Hakimiyyətinin başçısı, qərargahın sədri Mahir Quliyev, qərargah üzvləri, aidiyyəti müəssisə rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rayon sahibkarları iştirak etdi.
Iclasda çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərdən, ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı.Bildirdi ki, bu gün dünyanı bürüyən iqtisadi böhran şəraitində də respublikamızın  əldə etdiyi uğurlar göz önündədir.Cənab Prezidentimiz dünyada və regionda gedən böhranlı proseslərə baxmayaraq maksimum səviyyədə çalışır ki, ölkəmiz indiki vəziyyətdə öz inkişafını qorusun, vətəndaşlarımız zərər görməsinlər. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir.  Natiq bildirdi ki, ölkəmizdə sahibkarlığın və  kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə  sahibkarlara və torpaq mülkiyyətçilərinə  hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir.Bu gün də keçirilən iclasın əsas məqsədi rayonda sahibkarlığın daha da  inkişaf etdirilməsi və nəticədə əhalimizin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılmasına sahibkarlarımızın dəstək olmasıdır.M.Quliyev qeyd etdi ki, bu məqsədlə sahibkarlarımızın görəcəyi işlər dəqiqləşdirilməlidir, onların hər biri öz işlərini daha da genişləndirmək üçün planlar hazırlamalıdırlar.Bu sahəyə həm dövlətin maliyyə dəstəyi olacaq həm də hər bir sahibkar yeni sərmayələr axtarışında olmalıdır.
Görüşdə bildirildi ki bu sahədə hər hansı bir problem və ya təkliflərin dinlənilməsi və araşdırılaraq köməklik göstərilməsi məqsədilə  Biləsuvar rayon icra Hakimiyyətində müvafiq Qərargah yaradılmış və (295-02-11) nömrəli  “Qaynar xətt” fəaliyyətə başlamışdır.Daxil olan hər bir müraciət və təklif dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılacaqdır.Qərargah rayonun inkişafı məqsədilə görüləcək işləri müəyyənləşdirərək, yaradılacaq iş yerləri barədə araşdırmalar aparmışdır.
Görüşdə çıxış edən rayon sahibkarları “Biləsuvar  Aqro” MMC-nin icraçı direktoru Ufuq Çetin, “Biləsuvar Süd” MMC-nin icrası direktoru Yusif Bağırov, MKT Biləsuvar pambıq məntəqəsinin  rəhbəri Qulamhüseyn Əliyev, “Uğur” marketin rəhbəri Yaşar Əsədov, “Muğan-Store”nin rəhbəri Xudaverdi Kazımov, Azərbaycan sahibkarlar özəl və elm müəssisələri işçilərinin Biləsuvar rayon həmkarlar ittifaqı komitəsinin sədri Zahid Əliyev, Dövlət vergi müfəttişi Ramazan Məmmədov  və digərləri çıxış edərək  sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və  dövlət başçısının apardığı siyasətə daim dəstək olacaqlarını qeyd etdilər.
Sahibkarları bundan sonra da öz imkanlarını səfərbər edərək bizneslərinin daha da böyüdülməsi və nəticədə yeni iş yerlərinin yaradılması istiqamətində görə biləcəkləri işləri müzakirə etdilər.
Qərara alındı ki, qərargahın iclasları hər həftə keçirilsin və iclaslarda görülən işlər müzakirə olunsun, qarşıya çıxan problemlərin həlli yolları axtarılsın.

Keçidlər