Şriftin ölçüsü :

Saytın rəngi :

30 sentyabr 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

30 sentyabr 2025 | 18:07

İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə 2 məsələ müzakirə olunub.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan “İdarə, müəssisə və təşkilatların payız-qış mövsümünə hazırlığının vəziyyəti barədə”  Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun və ikinci məsələ olan “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq Bağbanlar, Əsgərabad və Günəşli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində perspektiv iş planlarındakı məsələlərin müzakirəsinin və sənədləşmə işlərinin təşkilinin vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanlar Məmmədovun hazırladıqları arayışılar dinlənilib.

İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlər ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə və İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.

 

Keçidlər