30 dekabr 2023-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
30 dekabr 2023 | 17:56
30 dekabr 2023-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Rayonda “Şəhid ailəsi” statusu almış şəxslərin, “Müharibə veteranı” adı verilmiş, əlilliyi təyin olunmuş müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə” və “Əhalinin sağlamlığının qorunmasında, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununa uyğun olaraq Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs tərəfindən görülən işlər, COVİD-19 virusuna və yeni yayılmaqda olan qızılca xəstəliyi ilə mübarizə işinin təşkili barədə” 2 məsələ müzakirə olundu.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı- Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə, təşkilatların məsul şəxsləri, Biləsuvar RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etdi.
Əvvəlcə Şuranın sədri Faiq Qürbətov müzakirə olunacaq məsələlər barədə məlumat verdi. Sonra Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi şöbəsinin müdiri Bəhruz Mirzəzadənin “Rayonda “Şəhid ailəsi” statusu almış şəxslərin, “Müharibə veteranı” adı verilmiş, əlilliyi təyin olunmuş müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə” və Əhalinin sağlamlığının qorunmasında, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununa uyğun olaraq Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs tərəfindən görülən işlər, COVİD-19 virusuna və yeni yayılmaqda olan qızılca xəstəliyi ilə mübarizə işinin təşkili barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanın hazırladıqları arayışlar dinlənildi.
Şura iclasında hər iki məsələ barədə geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirildi.
Sonda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.
Şura iclasından sonra Aşağı Cürəli kənd, Yuxarı Cürəli kənd icra nümayəndələrinə, Əsgərabad, Səmədabad və Biləsuvar şəhər bələdiyyələrinin sədrlərinə rəhbərlik etdikləri yaşayış məntəqələrinin inkişafındakı fəaliyyətlərinə görə Fəxri Fərman təqdim olundu.