Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Ağalıkənd kəndində sakinlərlə görüş keçirdi.

03 fevral 2016 | 16:00

03 fevral 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Ağalıkəndində  Ağalıkənd, Amankənd, Yuxarı Cürəli, Ovçubərə, Təzəkənd kəndlərinin ziyalıları, sahibkarlar, torpaq mülkiyyətçilərinin iştirakı ilə görüş keçirdi.
Görüşdə çıxış edən  Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərdən danışaraq bildirdi ki,bu gün dünyanı bürüyən iqtisadi böhran şəraitində də respublikamızın  əldə etdiyi uğurlar göz önündədir.Cənab Prezidentimiz dünyada və regionda gedən proseslərə baxmayaraq daima öz vətəndaşını düşünür və əhalimizin yaxşı yaşaması naminə əlavə tədbirlər görür.Cənab İlham Əliyevin apardığı düşünülmüş sosial-iqtisadi inkişaf xəttinə uyğun olaraq icra olunan proqramlar imkan verəcək ki, bu böhranlı vaxtlarda da ölkəmiz inkişaf etsin, əhalimizin sosial vəziyyəti daha da yaxşılaşsın.Natiq bildirdi ki, ölkəmizdə sahibkarlığın və  kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə  sahibkarlara və torpaq mülkiyyətçilərinə  hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda da görüləcək işlər müəyyənləşdirilir, sahibkarlar və mülkiyyətçilərlə müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir.Bu sahədə hər hansı bir problem və ya təkliflərin dinlənilməsi və araşdırılaraq köməklik göstərilməsi məqsədilə  Biləsuvar rayon icra Hakimiyyətində müvafiq Qərargah yaradılmış və “Qaynar xətt” fəaliyyətə başlamışdır.Daxil olan hər bir müraciət və təklif dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılır.Bundan əlavə qərargah rayonun inkişafı məqsədilə görüləcək işlər, yaradılacaq iş yerləri barədə araşdırmalar aparmışdır. Biləsuvar rayonu əsasən  kənd təsərrüfatı rayonu olduğu üçün rayonda ilk növbədə bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunmalı, heyvandarlıq inkişaf etdirilməli və yeni iş yerləri yaradılmalıdır.Xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş sahəsi olmaqla əhalinin əsas  gəlir mənbələrindən olmuşdur.Bu sahənin inkişafı üçün Biləsuvar rayonunun əlverişli  şərait vardır. Əhalinin bu sahədə təcrübə və marağı vardır.Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalmışdır.Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul  yığımında istifadə olunan  texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır.
M.Quliyev qeyd etdi ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında da cənab Prezident kənd təsərrüfatı sahələrinə bir çox güzəştlərin olunacağını bildirdi. hazırda kənd təsərrüfatı ilə, xüsusilə pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır. Kəndlərdə heyvandarlıq inkişaf etdirilməli və bu sahədə məhsuldarlığın artırılması məqsədilə müasir texnoloji yeniliklərdən istifadə olunmalıdır.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev  Ağalıkənd, Amankənd, Yuxarı Cürəli, Ovçubərə, Təzəkənd kənd sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi. Sakinlər  tərəfindən  qeyd olunan  hər bir problem və təkliflər ümumləşdirilərək icrası nəzarətə götürüldü.
Görüşdə iştirak edən kəndlərin sakinləri çıxış edərək   ölkə rəhbərinin diqqəti və qayğısı nəticəsində  rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımları, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsini, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək cənab İlham Əliyevin siyasətini daim dəstəkləyəcəklərini bildirdilər. Görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd etdilər.

Keçidlər