Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.

29 yanvar 2016 | 16:00

29 yanvar 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar  rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
Görüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Astan Şahverdiyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və KİV nümayəndələri iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. Respublikamızda sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi,qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi  ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda  bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Mahir Quliyev rayonda özəl sahənin daha da inkişaf etdirilməsi və rəqabət qabiliyyətli olması üçün bundan sonra da onlara müvafiq köməkliklərin olunacağını bildirdi. Hazlrkı böhran şəraitində ölkə rəhbərliyinin xalqın rifahi naminə aparılan tədbirləri qeyd edərək bildirdi ki, əmək haqqlarının, pensiya və müavinətlərin artırılması, süni qiymət artımına qarşı görülən tədbirlər bir daha cənab Prezidentin əhalinin həyat şəraitinin yaxşılıaşdırılmasını daim diqqət mərkəzində saxlamasının  bariz nümunəsidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadə çıxış edərək dünyada qlobal iqtisadi böhranın yaşandığı bir şəraitdə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli dinamik tərəqqisindən və sabit inkişafından danışdı.Xalqımızın rifahı və gələcəyi naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayan Məleykə xanım ölkə başçısının verdiyi tapşırıqlara əsasən məqsədyönlü islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişafını, respublikamızın sosial-iqtisadi inkişafına mane olan amillərin aradan qaldırıldığını, anti-böhran tədbirlərinin müsbət nəticələrini, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması sahəsində görülən işləri qeyd etdi.
M.Abbaszadə çıxışında  korrupsiya hallarının aradan qaldırılması üzrə dövlət başçısının qəti iradəsi ilə həyata keçirilən tədbirlərə toxunaraq bildirdi ki,hər bir sahədə vətəndaş-məmur münasibətləri sağlam zəmində qurulmalı, vəzifəli şəxslər vətəndaşların  məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu özlərinin amalı hesab etməlidirlər.
Komissiya sədri bildirib ki, cənab  İlham Əliyev çıxışında  2016-cı ilin ciddi iqtisadi islahatlar ili olacağını qeyd etdi. Bu məqsədlə, ölkə rəhbərliyi tərəfindən artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Yaranmış iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, iş adamlarına əlverişli şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görüləcək. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır.Cənab  Prezidentin verdiyi tapşırıqların tam və vaxtında icrası nəticəsində regionların sosial-iqtisadi inkişafı, yerlərdə yeni iş yerlərinin yaradılması, vətəndaşların sosial rifah halının gücləndirilməsi 2016-cı ildə də uğurla davam etdiriləcək.
Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Astan Şahverdiyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev görüşdə çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş sosial-iqtisadi inkişaf xətti, icra olunan proqramlar imkan verəcək ki, bu böhranlı vaxtlarda da ölkəmiz inkişaf etsin, əhalinin sosial vəziyyəti daha da yaxşılaşsın.
  Çıxış edən rayon  ictimaiyyətinin nümayəndələri  ölkə rəhbərinin diqqəti və qayğısı nəticəsində  rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımları, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsini, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək cənab İlham Əliyevin siyasətini daim dəstəkləyəcəklərini bildirdilər.

Keçidlər