Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Şagird Gənclər Təşkilatının I Ümumrayon Konfransı keçirildi.

29 yanvar 2016 | 16:00

28 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin layihəsi olan  Şagird Gənclər Təşkilatının I Ümumrayon Konfransı keçirildi.
              Konfransda Biləsuvar rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov. Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova iştirak etdilər.
              Konfransda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra  məruzə ilə çıxış edən  rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, ümumtəhsil məktəblərində  fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında şagirdlər  arasında əlaqə yaratmaq və şagirdlərin  ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə 26 ümumtəhsil, 1 Lisey-məktəb və 1 Peşə liseyi üzrə təsis edilmişdir. 
             Hal-hazırda təşkilatın idarəetmə şurasında 314 nəfər şagird fəaliyyət göstərir.Əsas istiqamətlər üzrə təkilatlarda mədəni-kütləvi tədbirlər, elm, təhsil, İnformasiya, idman və intellektual oyunlar departamentləri təşkil olunmuşdur. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurmuşdur.
                Konfransda şəhər 6 saylı tam orta məktəbin Şagird Gənclər Təşkilatının informasiya departamentinin sədri Elnur Əliyev, İsmətli kənd tam orta məktəbin Şagird Gənclər Təşkilatının sədri Sahilə Caniyeva və Milli Qəhraman Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksinin Şagird Gənclər Təşkilatının sədri Nuranə Abdullayeva çıxış edərək  təsis olunan Şagird Gənclər Təşkliatının onların bacarıq, təşəbbüs və zəhmətsevərliyi ilə seçilən istedadlı gənc kimi yetişmələrində böyük rol oynayacağını məmnunluqla vurğuladılar. Qeyd etdilər ki, gənclərimizin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrildiyi göz qabağındadır. Gənclərimiz daim ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək özünəməxsus yerlər tutmaqdadırlar. Sevindirici haldır ki, yeni yaradılan Şagird Gənclər Təşkilatlarında təmsil olunan gənclərin hər biri yüksək elm, intellekt sahibi olan gənclərdir. Bu bizi qürurlandırır. Dövlətimizin onlara verdiyi dəstək nəticəsində öz potensiallarından səmərəli istifadə edərək gənclərimiz bundan sonra da öz fəaliyyətlərini ölkəmizin dinamik inkişafı istiqamətində quracaqlar.
             Konfransda iştirak edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov , Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova  yeni yaradılan təşkilatın işinə uğurlar arzulayaraq bildirdilər ki, təşkilat gələcəyimiz olan gənclərimizin   müasir cəmiyyətdə mövqeyinin daha da möhkəmlənməsi istiqamətində aparılan  işlərdə, əldə edilən uğurlarda daha fəal iştirak edəcəklərinə stimul verəcəkdir.
              Konfransın sonunda Şagird Gənclər Təşkliatlarının təsis yığıncaqlarından hazırlanan slayd təqdim edildi.

Keçidlər