Rayon İcra Hakimiyyəti Başçısının rayon sahibkarları, ziyalıları, ağsaqqaları və ictimayyətin nümayəndələri ilə görüşü keçirilmişdir.
22 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayon sahibkarları, ziyalıları, ağsaqqaları və ictimayyətin nümayəndələri ilə görüş keçirdi.
Görüşü giriş nitqi ilə açan Mahir Quliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərdən, ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. Dünyanı bürüyən iqtisadi böhran şəraitində respublikamızın əldə etdiyi uğurların xalqımız üçün qürurverici olduğunu qeyd etdi. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Mahir Quliyev rayonda özəl sahənin daha da inkişaf etdirilməsi və rəqabətqabiliyyətli olması üçün bundan sonra da onlara müvafiq köməkliklərin olunacağını bildirdi. Hazlrkı böhran şəraitində ölkə rəhbərliyinin xalqın rifahi naminə aparılan tədbirləri qeyd edərək bildirdi ki, əmək haqqlarının, pensiya və müavinətlərin artırılması, süni qiymət artımına qarşı görülən tədbirlər bir daha cənab Prezidentin əhalinin həyat şəraitinin yaxşılıaşdırılmasını daim diqqət mərkəzində saxlamasının bariz nümunəsidir.
Görüşdə çıxış edən rayon sakinləri cənab Prezidentin diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını bildirdilər. Natiqlər cənab Prezidentin anti-böhran tədbirlərini, maaş və müavinətlərin artırılmasını, çörək və un məhsullarının qiymətlərinin tənzimlənməsi ilə bağlı sərəncamlarını alqışladıqlarını, bunların ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına və sahibkarlığın inkişafına yaratdığı əlverişli şəraitə görə cənab Prezidentə minnətdarlıq bildirdilər.Çıxış edənlər cənab Prezidentin siyastini daim dəsdəkləyəcəklərini bildirdilər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verdi.
Bu gün Biləsuvar rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkası da keçirildi.
Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi keçirilən yarmarkada tərdi təsərrüfatlarda və yerli sənaye müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq məhsulları satışa çıxarılmışdır. Məhsullar bazar qiymətlərindən 30-40 % ucuz qiymətə satılmışdır.Yarmarkada rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iştirak etmişdir. Əhali yarmakanın keçirilməsini rəğbətlə qarşılamış, məhsulların qiymətlərindən razılıqlarını ifadə etmişlər, yarmarkanının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Ərzaq satışı yarmarkasının hər ay keçirilməsi nəzərdə tutulmuşdur.