20 yanvar şəhidinın xatirəsi anıldı
19 yanvar 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev və rayon ictimayyətinin nümayəndələri, ziyalıları Biləsuvar rayon Çaylı kənd əhalisi ilə birlikdə 20 yanvar şəhidi Əlimərdan Hüseynovun məzarını ziyarət etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev mərasimdə çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi.
Mərasimdə kənd məktəbinin şagirdləri 20 yanvar faciəsinə həsr olunmuş kompozisiya ilə çıxış etdilər.
Mərasimdən sonra Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev və rayon ictimayyətinin nümayəndələri, ziyalılar şəhid Əlimərdan Hüseynovun ailə üzvləri ilə görüşdülər.