Biləsuvarda voleybol üzrə rayon birinciliyi keçirildi.
26 dekabr 2015-ci il tarixdə Biləsuvar rayon Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Voleybol üzrə rayon birinciliyinə yekun vuruldu.
Azərbaycan Respublikasının Dövlət Hümni səsləndirildikdən sonra rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə xanım Qəmbərova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə idmançıları təbrik etdilər, onlara xoş və səmimi arzularını bildirdilər.
20 ümumtəhsil məktəb komandalarının iştirakı ilə keçirilən yarışın finalında Çaylı kənd tam orta məktəbin komandası birinci, Nəsimi kənd tam orta məktəbin komandası ikinci, Ağayri kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutdular. Qaliblərə Gənclər və İdman İdarəsinin diplom, kubok və medalları təqdim edildi.