Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir
Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə Aşağı-Cürəli və Muğan kəndləri daxildir. Aşağı Cürəli kəndi rayonun cənub-şərq, Muğan kəndi isə rayonun cənub istiqamətində yerləşir. Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Ağalıkənd, Əsgərabad, Amankənd, Dörvişli və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 520 təsərrüfat, 3340 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 klub, 2 kitabxana fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Kəndin yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmışdır. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Oktyabrın 31-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri Q.Bağırov,K.Mirzəyev, Ş.Cəfərov, və başqaları çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Görülmüş bütün abadlıq və quruculuq işlərinə görə Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə göztərdiyi diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Bu gün Aşağı Cürəli kəndi tamamilə qazlaşdırılmış, əhali fasiləsiz təbii qaz və elektrik enerjisindən istifadə edir. Vətəndaşların hər bir tələb və müraciəti dərhal nəzarətə götürülür, icrası barədə aidiyyəti üzrə tapşırıq verilir.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, sənaye və kənd təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı Biləsuvar şəhərinin mərkəzini rayonun Əsgərabad, Ağalıkənd, Amankənd, Aşağı Cürəli, Yuxarı Cürəli və Ovçubərə kəndləri ilə birləşdirən 21 km uzunluğunda yol çəkilmişdir:Bu yolun 2.5 km-i Aşağı Cürəli kəndinin ərazisində keçir. Bundan başqa kənddə kənddaxili yollar da təmir edilmişdir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılmışdır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.