29 iyun 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayonun ümumtəhsil müəssisələrində təhsildən yayınmış şagirdlərin təhsilə cəlb olunması istiqamətində görülən işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşovanın, ikinci məsələ olan “Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı, Bəydili, Günəşli və Zəhmətabad kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət qeydiyyatının və notariat əməliyyatlarının aparılması və verilmiş əmr və sərəncamların qanunauyğunluğunun vəziyyəti barədə“ Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Qurban Nuriyevin, üçüncü məsələ olan “Əkin sahələrinin suvarılma vəziyyəti və meliorativ tədbirlərin aparılması sahəsində aidiyyəti idarələr tərəfindən görülən işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun və dördüncü məsələ olan “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq Ağayrı, Nərimankənd, Əsgərabad, Yuxarı Cürəli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat verilməsinin vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-sektor müdiri Fəxri Rəhimlinin hazırladıqları arayışılar dinlənilib.
İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov bu məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.






