Şriftin ölçüsü :

Saytın rəngi :

29 fevral 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

29 fevral 2024 | 17:59
 Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Biləsuvar rayonunun 2023-cü ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə” və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq Biləsuvar rayonunda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə” hazırlanmış 2 məsələ müzakirə olundu.
Şura iclasıda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə, təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etdi.
İclasda çıxış edən Şuranın sədri Faiq Qürbətov ötən il ayrı-ayrı sahələr üzrə rayonda görülən işlər barədə ətraflı məlumat verdi və cari ildə qarşıda duran vəzifələrin icrasına nail olmaq üçün aparatın, idarə və müəssisələrin, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin əlaqəli işləməsinin vacibliyini bildirdi. Faiq Qürbətov, Dövlət başçısı tərəfindən rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da layiqincə yerinə yetirilməsi üçün hər bir dövlət qulluqçusunun üzərinə böyük məsuliyyətin düşdüyünü vurğuladı.
Şura iclasında “Biləsuvar rayonunun 2023-cü ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə” başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq Biləsuvar rayonunda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə” başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanın hazırladıqları arayışlar dinlənildi.
İclasda istər 2023-cü ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə, istər də Biləsuvar rayonunda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə şura üzvləri tərəfindən geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirildi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərarlar qəbul edildi.
Keçidlər