Biləsuvar rayonunda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.
25 dekabrdan başlayaraq Biləsuvar rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.
Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək ötən 2015-ci ildə rayonumuzda aparılan sosial-iqtisadi inkişafdan danışmış, qarşıdakı 2016-cı ildə görüləcək işlər barədə ətraflı məlumat vermişdir.M.Quliyev vurğuladı ki, bu inkişaf Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir.Rayon İcra Hakimiyyətinin başçısı rayon əhalisini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
Tədbirdə uşaqlara yeni il hədiyyələri təqdim olundu, rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səsləndirildi.
Rayonda yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirləcək və yeni il hədiyyələri paylanılacaqdır.