Biləsuvar rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on ikinci ildönümü qeyd olundu .
12 dekabr 2015 | 16:00
12 dekabr 2015-ci ildə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on ikinci ildönümü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Biləsuvarlılar Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.