Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
04 dekabr 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, şura üzvləri, rayon İcra Hakimiyyəti başçısı aparatı, idarə, müəssisə rəhbərləri,rayon polis şöbəsinin əməkdaşları, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr,kənd həkim və tibb məntəqə müdirləri iştirak etdi.
Şura iclasında 3 məsələ müzakirə olundu.
1. 2015-ci ilin sentyabr ayında payız-qış mövsümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarına verilmiş tapşırıqların yerinə yeritilməsi vəziyyətinin təhlili barədə
2. Biləsuvar rayonu ərazisində abadlıq işlərinin qorunub saxlanılması, küçə ticarəti və yol hərəkəti qaydalarına əməl olunmasının vəziyyəti barədə
3. “Əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi üçün tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2009-cu il tarixli Sərəncamının rayon Mərkəzi xəstəxanasında yerinə yetirilməsi vəziyyəti barədə
2015-ci ilin sentyabr ayında payız-qış mövsümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarına verilmiş tapşırıqların yerinə yeritilməsi vəziyyətinin təhlili barədə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov məruzə edərək bildirdi ki, payız-qış mövsümündə aidiyyəti təşkilatlar daha ciddi və operativ fəaliyyət göstərməlidirlər.Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək üçün rayon Biləsuvar Enerji Təchizatı və Satışı idarəsi və Qaz İstismar sahəsi müəyyən işlər görmüş və hazırda da davam etdirilir.İdarə cari ildə 310 ədəd dayaq dirəyi dəyişdirilmiş, 6880 metr naqil asılmışdır.36 ədəd transformator əsaslı, 58 isə cari təmir olunmuşdur. Amankənd yarımstanisyasında 3 ədəd yağ açarı, Səmədabad yarımstanisyasında 2 ədəd yağ açarı və 6.3 MVA-na yarımstansiyası təmir olunmuşdur.Cari ildə şəbəkə tərəfindən 4,2 km SİP kabel çəkilmişdir. Hal-hazırda rayon üzrə 0.4 kvt-luq hava xətlərində naqillərin SİP kabellərlə əvəz olunması işi davam edir. İdarəsinin yeni inzibati binasının tikintisi davam etdirilir. 2015-ci ildə elektrik şəbəkəsinə maşın və texnikalar verilmişdir.
Biləsuvar şəhəri və rayonun bütün kəndləri təbii qazla tam təmin olunur. Bundan başqa 11 büdcə və 30 qeyri-büdcə təşkilatları da təbii qazla təmin olunmuşdur.Əhali üzrə bütün abunəçilərə sayğac quraşdırılmışdır, 1250 p/m müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri təmir olunmuş, qaztənzimləyici şkaflar yenilənmişdir.
Rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi daim diqqət mərkəzində olan məsələlərdən biridir. Sukanal idarəsi 31 büdcə təşkilatına, 68 sənaye və kommersiya obyektinə, 4810 nəfər fərdi abonentə xidmət edir.Qış mövsümünə hazırlıqla bağlı idarə tərəfindən müəyyən işlər aparılaraq nasos stansiyalarında əsaslı və cari işlər aparılmış, 2 N-li nasos stansiyasında yeni bina tikilib istifadəyə verilmişdir, bütün nasosxanalarındakı nasoslar yenisi ilə əvəz edilmişdir. Şəhərin Təbriz, M.Müşfiq, Nəsimi küçələrində su xətləri dəyişdirilmiş nasoslar təmir olunmuşdur. Keçən dövr ərzində idarənin balansına 1 ədəd su maşını, 1 ədəd qəzabərpa, 1 ədəd özüboşaldan, 1 ədəd ekskovator verilmişdir ki, bu da işdə öz müsbət təsirini göstərmişdir.
Rayonun Təhsil, Səhiyyə və Mədəniyyət sahələrində də payız-qış mövsümünə keçid tam başa çatdırılmışdır.Hazırda 14 ümumtəhsil məktəbi qazanxana üsulu ilə işləyən müasir tələblərə cavab verən istilik sistemi ilə digər 22 ümumtəhsil məktəbi isə soba peçləri ilə qızdırılır.Mərkəzi xəstəxananın yerləşdiyi Xırmandalı kənd xəstəxanasının dam örtüyünün dağılmış hissələri tam təmir olunmuş, otaqların qızıdırılması üçün istilik peçləri, neft sobaları və xüsusi qaz peçlərindən istifadə olunur.Biləsuvar şəhər ərazisində yerləşən 4 bağça mərkəzləşmiş istilik sistemi, Xırmandalı, Zəhmətabad kənd uşaq bağçaları təbii qazla, Ağayrı, Amankənd, Səmədabad kənd uşaq bağçaları isə odun peçləri vasitəsilə qızdırılır.
Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsi də mövsümə hazırlıqla bağlı müəyyən işlər görmüşdür. İdarə balansında olan 90 ədəd kommunal yaşayış binasında yaşayan 3181 ailəyə kommunal xidmət göstərir. Yaşayış binalarının dam örtüyündə əsaslı və cari təmir işləri aparılmış,hava təmizləyici xətlər təmizlənmiş, həyətlərdə abadlıq işləri görülmüş və müəyyən ərazilərdə asfalt örtük salınmışdır.
Rayon ərazisində binaların istilik təchizatı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar İstilik Sistemləri və İstismar sahəsi məşğul olmalıdır. Lakin hazırkı vaxtda bu idarənin fəaliyyəti çox məhduddur. Idarənin balansında 9 qazanxana binası vardır ki, bu da təbii qazla işləmək üçün nəzərdə tutulmuşdur.İdarə normal fəaliyyət göstərməsi üçün tabe olduğu “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırmalı, istilik xidməti göstərmək üçün texniki təchizatın yaradılmasında Baş idarənin imkanlarından istifadə etməlidir.
İkinci məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Elsəvər Həsənov məruzə edərək bildirdi ki, ötən illərdə Biləsuvar rayonunda avtomobil yollarının ətrafları abadlaşdırılmış, yeni səkilər çəkilmiş, səkilərə örtüklər döşənmiş, müasir üslubda küçə işıqlanması, asfalt örtüyü salınmışdır.Rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə yol-nəqliyyat hadisələrinin törənməsinə bilavasitə təsir göstərən kobud yol hərəkəti qayda pozuntularının aşkarlanması, rayon mərkəzindən və eləcə də ətraf ərazidən keçən avtomobil yollarının kənarında qanunsuz küçə ticarəti ilə məşğul olma hallarının qarşısının alınması istiqamətində şöbənin ictimai təhlükəsizlik və dövlət yol polisi bölmələrinin əməkdaşları tərəfindən qabaqlayıcı-profilaktik tədbirlər davamlı şəkildə həyata keçirilmiş və görülən işlər nəzarətə götürülmüşdür.Biləsuvar rayon Polis şöbəsinin Dövlət yol polis bölməsinin səyi nəticəsində insanların narahatçılığının, piyadalarla bağlı baş verə biləcək hər hansı bir yol nəqliyyat hadisəsinin və yolun hərəkət hissəsində asfalt örtüyün yararsız hala düşməsinin qarşısının alınması məqsədi ilə şəhərin ayrı-ayrı küçə və kəsişmələrində, məktəblərin qarşısında yol hərəkətini tənzimləyən əlavə lövhələr asılmışdır.
Cari ilin ötən dövrü ərzində şöbənin xidmət rəhbərliyi, polis sahə rəisləri, polis sahə inspektorları və post-patrul xidməti əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz küçə ticarəti hallarının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında mütəmadi olaraq profilaktik tədbirlərin və reydlərin keçirilməsi təmin olunmuş, bu növ hüquqpozmalara yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülmüşdür.
Belə ki, cari ilin 11 ayı ərzində qanunsuz küçə ticarəti ilə məşğul olan 44 şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülmüşdür.
Şura ilasında bildirildi ki, qeyd olunan işlərlə yanaşı aparılan müşahidələr, baş verən hadisələr bir daha göstərir ki, mövcud abadlıq işlərinin qorunub saxlanılmasında ciddi çətinliklər əmələ gəlir. Ələt-Astara yolunun Xırmandalı ərazisindən keçən hissəsində müəyyən olunmamış yerdə küçə ticarəti ilə məşğul olan vətəndaşlar istədikləri şəkildə rayonumuzun gözəlliyinə xələllik gətirən satış köşkləri quraraq orada meyvə-tərəvəz, heyvandarlıq, quşçuluq məhsulları satmaqla məşğul olurlar. Bu da magistral avtomobil yolu ilə hərəkət edən avtomobil sürücüləri tərəfindən həmin ərazidə maşınlarını saxlayaraq həmin məhsullardan alması yol ətrafında sıxlıq yaradır və nəticədə qəza hadisələrinin baş verməsinə şərait yaradır.
H.Əliyev küçəsində yeni tikilmiş hasarların, borduyorların, küçənin işıq dirəklərinin nəqliyyat vasitələrini idarə etməyi bacarmayan, sürücülük vəsiqəsi olmayan və yaxud da rayon Polis şöbəsinin DYP bölməsinin əməkdaşları tərəfindən nəzarətsiz buraxılan vətəndaşların idarə etdiyi nəqliyyat vasitələri ilə yararsız hala salınır.
Üçüncü məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova məruz edərək bildirdi ki, ötən müddətdə rayonda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması, bütün yaşayış məntəqələri üzrə əhalinin səhiyyə xidməti ilə hərtərəfli əhatə olunması istiqamətində tibb işçilərinin səyləri artırmışlar.
Hazırda rayonda 3 xəstəxana, 20 həkim və tibb məntəqəsi üzrə əhaliyə 89 həkim, 299 orta tibb işçisi səhiyyə xidməti göstərir.
Mərkəzi xəstəxana nəzdində fəaliyyət göstərən “Vərəmlə mübarizə” qərargahı fəaliyyət göstərir 2015-ci ildə aşkar edilmiş 43 nəfər ilkin vərəmli xəstələrin sayı ötən illə müqayisədə azalmışdır.
2015-ci ildə 113 nəfər şəkərli-diabet, 31 nəfər xroniki böyrək çatışmazlığı, 14 nəfər talassemiyalı xəstələr aşkar edilərək qeydiyyata alınmışdır.
Rayonun səhiyyə müəssisələrində ana və uşaqların mühafizəsinə diqqət ilbəil artırılır. Uşaqlar arasında planlı profilaktik peyvəndlər qrafikə uyğun olaraq həyata keçirilir. Səhiyyə işçiləri tərəfindən güzəştli xəstələrə xidmət işi daim diqqət mərkəzində saxlanılır, müharibə veteranları, Qarabağ əlilləri və digər bu kateqoriyadan olan adamlar zəruri səhiyyə xidməti ilə əhatə olunmuşlar.
Respublika Prezidentinin tapşırığına əsasən rayonumuzda da əhalinin tibbi müayinədən keçməsi nümunəvi təşkil olunmuş, bütün səhiyyə müəssisələri və tibb işçiləri bu işə cəlb edilmişlər. Nəticədə şəhər və kənd yaşayış məntəqələrini əhatə etməklə rayon üzrə 83.375 nəfər tibbi müayinədən keçmişdir ki, bu da rayon əhalisinin 85,6 faizini təşkil etmişdir.
2015-ci ildə səhiyyə şöbəsi üzrə pulsuz dərman təminatına 228,7 min manat vəsait xərclənmişdir.
Ölkə Prezidentinin məlum Sərəncamından sonra rayonumuzda səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Son illər rayonun 7 yaşayış məntəqəsində müasir tələblərə cavab verən tibb ocaqlarının istifadəyə verilməsi əhali tərəfindən razılıq hissi ilə qarşılanmış, səhiyyə xidmətinin yüksəldilməsində müsbət rol oynamışdır. Həmin səhiyyə ocaqları zəruri tibbi avadanlıqlarla təmin olunmuşlar.
2013-cü ilin sentyabr ayında ölkə Prezidentinin Sərəncamı ilə əsaslı təmirinə başlanılan rayon Mərkəzi xəstəxanası gələn ilin sonunadək istifadəyə veriləcəkdir.
Çıxış edən şura üzvləri və digər iştirakçılar müzakirə olunan məsələnin aktuallığını qeyd edərək rayonda bu sahələrdə görülən işləri qiymətləndirdilər və qeyd olunan nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün görüləsi işləri müəyyənləşdirdilər.
Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında baş verən hadisələr barədə ətraflı məlumat verdikdən sonra şura iclasında müzakirə olunan məsələlərə münasibətini bildirdi.H.Əzənmədov rayonun ayrı-ayrı sahələrində görülən işlərlə yanaşı, qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün təkliflərini verdi.
Şura iclasında çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, müzakirə olunan hər üç sahə üzrə görülmüş işlərlə yanaşı müəyyən çatışmamazlıqların da olduğu aşkara çıxarılmışdır.M.Quliyev qeyd etdi ki, bu gün rayonun bütün idarə, müəssisə və təşkilatlarında, xidmət sahələrində işlər elə formada qurulmalıdır ki, bütün görülən işlər əhalimizin rahat yaşamasına, vətəndaşlarımızın rifahına xidmət etsin.İstər insanların elektrik enerjisi, qaz, su təchizatında, istərsə də binaların qızdırılması, abadlıq və təmizlik işlərinin aparılması sahəsində yüksək xidmət göstərliməli və bu sahədə olan çatışmamazlıqlar təcili aradan qaldırılmalıdır.İclasında müzakirə olunan ayrı-ayrı sahələrə toxunan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliev monitorinqlərin nəticəsində aşkara çıxarılan nöqsanların qısa vaxt ərzində aradan qaldırılması üçün tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.