Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.

03 dekabr 2015 | 16:00

03 dekabr 2015-ci il tarixdə  Biləsuvar rayon İsmətli kəndində  Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və  Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayonun aidiyyəti  müəssisə rəhbərləri,  bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının,  ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri  iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə respublikamızda sahibkarlığın inkişafından bəhs edən slayda tamaşa etdilər.
Sonra   Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək respublikamızda sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda  bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.Bildirdi ki, rayonda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılmışdır.Bu məhəllələrdə  əsasən kənd təsərrüfatı və sənayenin ayrı-ayrı sahələri üzrə fəaliyyət göstərəcək emal sexlərinin, istehsal zavodlarının və fabriklərin yaradılması nəzərdə tutulmuşdur.Sahibkarların güzəştli kreditlərdən faydalanması üçün onlara köməkliklər edilir və hüquqları qorunur. Hazırda rayonda 5 mindən çox  sahibkarlıq subyekti fəaliyyət göstərir.Bu günə kimi rayonda ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən  500 nəfərə yaxın sahibkara 41  milyon manatdan çox kredit verilmişdir.M.Quliyev rayonda özəl sahənin daha da inkişaf etdirilməsi və rəqabətqabiliyyətli olması üçün bundan sonra da onlara müvafiq köməkliklərin olunacağını bildirdi.
Sonra  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək respublikamızda bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Biləsuvar rayonunda bu sahədə əldə edilmiş uğurlardan danışdı.O, bildirdi ki, son illər Biləsuvar rayonunda  Fond tərəfindən tutumu 5 min ton olan logistika mərkəzi, İllik istehsal gücü 2.6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik gücü 18.8 min ton olan  konserv zabodu istifadəyə verilmiş, 200 hektar ərazidə nar bağı salınmışdır.Hazırda illik gücü 4 min ton nar konsentratı  və  dənəsi olan emal müəssisəsi tikilir.
Ş.Abdullayev çıxışı zamanı sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, sahibkar-müvəkkil kredit təşkilatları arasında qarşılıqlı əlaqələr, rayonda həyata keçirilməsi məqsədəmüvafiq olan nümunəvi layihələrin hazırlanması istiqamətində atılacaq addımlar barədə ətraflı məlumatlar verdi.
Tədbirdə sahibkarlar çıxış edərək onları narahat edən məsələlər barədə fikir mübadiləsi apardılar.
Sonda sahibkarlar tərəfindən təklif olunan layihələrin maliyyələşdirilmə imkanları müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə müzakirə edildi.

Keçidlər