Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
02 dekabr 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Yuxarı Cürəli kənd İcra nümayəndəsi Nəcməddin Abbasov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Yuxarı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Təzəkənd, Ağalıkənd və Cəlilabad rayonunun Alar kəndi ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 327 təsərrüfat, 1434 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə tam orta məktəb, həkim ambulatoriyası, klub, poçt, kitabxana fəaliyyət göstərir.Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Yuxarı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də ötən dövr ərzində xeyli iş görülmüşdür.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2012-ci il tarixli Sərəncamı ilə kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bugünkü hərtərəfli inkişafı barədə danışdı. M.Quliyev qeyd etdi ki, dünyada baş verən xoşagəlməz hadisələrə, iqtisadi böhranlara baxmayaraq həyata keçirilən uğurlu siyasətin nəticəsində respublikamız inkişaf edir, daha da güclənir və yeni-yeni infrastruktur layihələr həyata keçirilir.Bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda da bu inkişaf göz qabağındadır.Biləsuvar şəhərində və kəndlərimizdə tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, sahibkarlara hərtərəfli qayğı göstərilir, istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Yuxarı Cürəli kəndində də son illərdə bir çox quruculuq işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi bu kənddə də qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, kəndin mərkəzi yolu asfaltlaşdırılmışdır.Yeni yaşayış massivlərindəki yollara qum-çınqıl örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir.
Sonra kənd sakinləri Z.Cavadov, Q.Məmmədov, F.Şərifov başqaları çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirdilər, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Cürəli kənd əhalisinin problemlərini dinlədi. Qəbul zamanı müraciət edən beş vətəndaşdan iki nəfərin müraciətinin icrası ilə bağlı yerindəcə göstəriş verildi , digər vətəndaşların problemlərinin həlli müəyyən vaxt apardığı üçün icrası ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.