Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirildi.

28 noyabr 2015 | 16:00

28  noyabr  2015-ci  il   tarixdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda ümumrayon ağacəkmə aksiyası  keçirildi.
     Ağacəkmə aksiyasında  Biləsuvar  rayon  İcra  Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, gənclər  və rayon sakinləri olmaqla 1000 nəfər iştirak etdi.
    Aksiya çərçivəsində rayonda 3000 ədəd çinar və şam ağacları əkildi, əraziyə gübrələr verildi və ağaclar suvarıldı.Bundan əlavə aksiyada rayonun  kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkdilər.

Keçidlər