Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda mövzusunda tədbir keçirildi.

24 noyabr 2015 | 16:00

24 noyabr  2015-ci il tarixdə  Biləsuvar rayon icra Hakimiyyətində  Muğan Regional Mərkəzinin  və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması  və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda  rayon müşavirəsi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, Muğan Regional Mərkəzin rəis müavini Tural Müseyibov, Biləsuvar rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə, təşkilat rəhbərləri və Regional Mərkəzin  digər əməkdaşları iştirak etdi.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Xanlar Məmmədov tədbiri açaraq “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması  və qarşılıqlı fəaliyyətin təşkili” sahəsində rayonda görülən işlər və əhali arasında aparılan maarifləndirmə tədbirləri barədə geniş məlumat verdi.
Sonra Muğan Regional Mərkəzin rəis müavini Tural Müseyibov  “Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları, fəaliyyət istiqamətləri və təsnifatı” mövzusunda çıxış edərək Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 ili müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verdi. Rəis müavini icra sturukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyini vurğuladı.
Tədbirdə  Muğan  Regional  Dövlət Yanğın Nəzarəti idarəsinin rəis müavini, Biləsuvar rayon  Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi və Mərkəzin əməkdaşları ”Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Biləsuvar rayon ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri”, “Mərkəz ilə Biləsuvar rayon İcra Hakimiyyəti arasında bağlanmış qarşılıqlı fəaliyyət planı”, ”Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması”, “Təhlükə potensiallı obyektlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” haqqında geniş məruzə ilə çıxış etdilər.
Daha sonra Muğan Regional Mərkəzin monitorinq qruplarının Biləsuvar rayonu ərazisində müxtəlif vaxtlarda ictimai yaşayış binalarının, yüksək gərginlikli elektrik hava və yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonalarında, eləcə də, rayon ərazisindəki suni göllər və onların balans daşıyıcılarının monitorinqlərinin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirildi, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün aidiyyatı üzrə ərazi icra nümayəndələrinə və bələdiyyələrə tövsiyyələr verildi.

Keçidlər