Şriftin ölçüsü :

Saytın rəngi :

28 sentyabr 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

28 avqust 2025 | 18:07

İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 2 məsələ müzakirə olunub.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan, “Yoluxucu xəstəliklərə qarşı peyvəndləmə və yoluxma hallarının qarşısının alınması istiqamətində, “Sanitar Epidemioloji Salamatlıq haqqında” Qanundan, həmçinin “2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”ndan irəli gələn vəzifələrlə əlaqədar rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən görülən işlər barədə, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının  2018-ci il 28 dekabr tarixli, 1441-VQD nömrəli Qanunununa uyğun olaraq Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs tərəfindən görülən işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanın və ikinci məsələ olan “Biləsuvar şəhəri ərazisində təmizlik işlərinin aparılması, yaşıllıqların salınması, küçələrin işıqlandırılması, abadlıq işlərinin görülməsində aidiyyəti idarələr tərəfindən görülən işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun hazırladıqları arayışılar dinlənilib.

İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlər ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.

Keçidlər