Şriftin ölçüsü :

Saytın rəngi :

“28 may-Müstəqillik günü”nə həsr olunmuş futzal üzrə rayon birinciliyinin final oyunları keçirilib.

27 may 2024 | 20:02

Biləsuvar rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdan idarəsinin birgə təşkilatçılığı ilə 20 aprel tarixindən başlayaraq rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında 28 May Müstəqillik Gününə həsr olunmuş futzal üzrə rayon birinciliyinin qalibi müəyyənləşib.

Turnir boyu iki qrup üzrə 10 komandanın mübarizə apardığı yarışlarda Rayon Polis şöbəsinin komandası bütün oyunlarını qələbə ilə başa vuraraq yarışın qalibi olub. İkinci yeri isə final oyununda Polis şöbəsinin komandasına 2-1 hesabı ilə uduzan Biləsuvar rayonu üzrə Təhsil sektorunun komandası qazanıb. Rayon birinciliyində 3-cü yeri isə “Azərpambıq” MMC-nin komandası  tutub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov  28 may-Müstəqillik günü münasibətilə yarış iştirakçılarını təbrik edərək zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu bildirib. İcra başçısı qeyd edib ki, 1918-ci ildə dövlətimizin istiqlaliyyətinin elan olunması, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi və Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bu günki müstəqil və güclü Azərbaycan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daima inkişaf edəcək və dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevriləcəkdir.

Yarışın sonunda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Biləsuvar Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov qalibləri təbrik edərək, onları mükafatlandırıblar.

Keçidlər