Şriftin ölçüsü :

Saytın rəngi :

28 iyul 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

28 iyul 2026 | 09:58
28 iyul 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı - Şuranın sədri Faiq Qürbətovun rəhbərliyi ilə keçən iclasda şura üzvləri, aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələ barədə ətraflı məlumat verdikdən sonra, aparatın Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Elşən Astanov çıxış edib. İclasda onun “Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatına 2026-cı ilin 6 ayında daxil olan vətəndaş müraciətlərinə baxılması sahəsində görülmüş işlər barədə” hazırladığı arayış dinlənilib.
Gündəliyə daxil edilmiş məsələ şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu sahədə qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək məqsədilə aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda müzakirələr zamanı səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasının müvafiq qərarı qəbul edilib.
Keçidlər