Biləsuvar rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olundu.
20 noyabr 2015-ci il tarixdə Biləsuvar rayonunda ədliyyə işçilərinin peşə bayramı günü təntənə ilə qeyd edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzuladı.Ölkəmizdə ədliyyə orqanlarının fəaliyyəti və rolu barədə danışan M.Quliyev qeyd etdi ki, bu bayram Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Çıxış edənlər peşə bayramları münasibətilə rayonun ədliyyə işçilərinə öz təbriklərini bildirdilər.
Biləsuvar rayon Məhkəməsinin sədri Ramiz Nurullayev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda ədliyyə işçilərinə rayon İcra Hakimiyətinin fəxri fərmanı təqdim olundu.