Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Uşaq hüquqları aylığı” çərçivəsində geniş tədbirlər keçirilib.

17 noyabr 2015 | 16:00

Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə  Müvəkkilinin təşəbbüsü ilə  “20 oktyabr-20 noyabr” tarixlərində keçirilməsi nəzərdə tutulmuş “Uşaq hüquqları aylığı” Biləsuvar rayonunda da geniş qeyd olunmuşdur.
     Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2015-ci il tarixli, 197 nömrəli Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq aylıqdan irəli gələn vəzifələr əhali arasında geniş təbliğ olunmuş,  maarifləndirici söhbətlər aparılmışdır.
       Rayonun  mədəni-maarif, təhsil və uşaq tərbiyə müəssisələrində görüşlər keçirilmiş, dəyirmi masalar təşkil olunmuş, kitab sərgiləri açılmışdır.
       Dövlət Rəsm qalereyasında həvəskar məktəblilərin rəsm əsərlərindən ibarət “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda sərgi maraqla qarşılanmışdır.
       17 noyabr 2015-ci il tarixdə yeni istifadəyə verilmiş şəhər 3 saylı bağçada hazırlanmış tədbir daha maraqlı olmuşdur. körpə fidanların ifasında səslənən mahnılar, şeir nümunələri alqışlarla qarşılanmışdır.
       Tədbirdə iştirak edən Biləsuvar rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Keçidlər