“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyaya yola düşdülər.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi üzrə 16 noyabr 2015-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərindən 35 nəfər şagird Gəncə-Şəmkir-Göygöl marşurutu üzrə 4 gunlük ekskursiya yola salındılar.
Yola salınma mərasimində Biləsuvar rayon icra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Tanı Azərbaycanı” layihəsinin əhəmiyyətindən danışdı və bu layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzuladı.
X.Məmmədov səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən oyrənmələrini tövsiyyə etdi.
4 günlük tur çərçivəsində şagirdlər Gəncədə Qədim Qala divarları, İmamzadə, Cümə, Şah Abbas məscidləri, Çökək hamam, Comərd Qəssab Türbəsi, Nizami Gəncəvi və Cavad xan məqbərələri, N.Gəncəvi mərkəzi, Xan bağı, Amfiteatr, Heydər Əliyev adına Milli Park və Mərkəzi, Gəncə avtomobil zavodunda, Şəmkir şəhərində Orta əsr Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və Gənclər mərkəzində, Göygöl rayonunda isə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Muzeyi, Gənclər mərkəzi, Alman kirxası, Tarix-diyarşünaslıq muzeyi, Alman evləri, sonuncu alman Viktor Klaynın ev muzeyi, Hacıkənd qəsəbəsi və Göygöl Milli Parkı ilə tanış olacaqlar, bir çox tarixi və mədəniyyət obyektlərinə ekskursiya edəcəklər.
Şagirdlər səfər çərçivəsində nəzərdə tutulan bütün xidmətlərlə təmin olunacaqlar.