Biləsuvar rayonunda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi.
Biləsuvar rayonunda 18 Oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi.
15 oktyabr 2015-ci il tarixdə YAP Biləsuvar rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Dövlət müstəqillyimizin 24-cü ildönümü münasibətilə “dəyirmi masa, 16 oktyabr 2015-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi, 17 Oktyabr 2015-ci il tarixdə isə Olimpiya İdman Kompleksində Dövlət müstəqilliyimizə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında boks üzrə rayon birinciliyi keçirildi.
Tədbirlərdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Biləsuvar rayon Təşkilatı Gənclər Birliyi sədri Aqşin Bağırov çıxış edərək 18 Oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik etdi və bildirdi ki, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Lakin müstəqilliyimizi qazandıqdan iki ay sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr müstəqilliyimiz üçün böyük təhlükə yaratmışdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin yenidən xalqın tələbi ilə ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.Xalqımızın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur.Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı başında ümummilli Liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Belə hərtərəfli tərəqqi məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurla yerinə yetirilməsinin nəticəsidir.
Tədbirlərdə “ Müstəqilliyimiz əbədidr” mövzusunda hazırlanmış qısametrajlı film nümayiş etdirildi.
Müstəqilliyimizin 24-cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində 24 şagird, boks üzrə rayon birinciliyində isə 6 çəki dərəcəsində 50 idmançı iştirak etdi.Sonda hər iki yarışın qalibləri mükafatlandırıldı.