Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Arazbarı kəndi təbii qazla təmin edildi.

13 oktyabr 2015 | 15:00

13 oktyabr 2015-ci il tarixdə rayonun Arazbarı kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin rəisi Qağaməli Seyfullayev, “Azəriqaz” İstehsalat Birliyinin Lənkaran Regional Qaz İstismar İdarəsinin rəisi İsmət Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon aktivi, kənd sakinləri və KİV münayəndələri  iştirak etdilər.
Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması istiqamətində icrasına başlanılmış  geniş miqyaslı işlər artıq yekunlaşır.Aparılan təmir-tikinti işlərindən sonra   rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub. Bu gündən açılışını etdiyimiz Arazbarı kəndi rayonun qazlaşmayan yeganə yaşayış məntəqəsi idi.Artıq bu gündən  bütün rayon ərazisinə  təbii qazın verilməsinə başlanılır.
M.Quliyev rayon əhalisinə göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə biləsuvarlılar adından öz minnətdarlığını bildirdi.
Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin rəisi Qağaməli Seyfullayev  çıxış edərək respublikamızın bütün regionlarında əhalinin təbii qazla təmin edilməsi istiqamətində ciddi işlərin aparıldığını bildirdi.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu yüksək qayğıya gorə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Sonda  kəndə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.

Keçidlər