Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş bayram tədbiri keçirildi
05 oktyabr 2015-ci il tarixdə Biləsuvar rayon “Zirvə” şadlıq sarayında 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, məktəb direktorları, müəllimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan, cənab Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
M.Quliyev bildirdi ki, ötən illər ərzində rayonumuz da ölkə təhsilinə öz töhvələrini vermişdir. Ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar hazırda respublikamızın ən müxtəlif fəaliyyət sahələrində çalışırlar.Rayonumuzda yeni istifadəyə verilən təhil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də Biləsuvar rayonun təhsil müəssisələrində çalışan pedoqoji kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Sonra Mahir müəllim 5 oktyabr-Müəllim günü münasibətilə rayonun bütün pedaqoji kollektivini təbrik etdi, çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək son illər rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi və müəllimlərin qazandığı uğurlardan danışdı.
Tədbirdə çıxış edən təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildirdilər.
Sonda bir qrup təhsil işçisinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.