27 avqust 2026-cı il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.
27 avqust 2026 | 17:15
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan “Dövlət mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun, ikinci məsələ olan “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 506-IVQ nömrəli Qanunundan irəli gələn vəzifələrlə əlaqədar rayonda yerləşən mədəniyyət abidələrinin mühafizəsi istiqamətində və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayonu üzrə mədəniyyət müəssisələri tərəfindən görülmüş işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ziya Qurbanovun hazırladıqları arayışılar dinlənilib.
İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov bu məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.






